ŞƏHLA ƏRƏB

Ala, ala rəngli (göz haqqında).

Gözlərin şəhladı, qaşların qara,

Müjganın vurubdu sinəmə yara.

Sənsiz bu dərdimə kim eylər çara,

Gözüm gördü səni, gözəl Şirinim.

                                (“Fərhad və Şirin”)

                              *

Sevdim bir bəylər xasını,

Gözəllərin şəhlasını.

Şirinin hər bəlasını,

Fərhad cana qayil eylər.

                (“Fərhad və Şirin”)

ŞƏHD ƏRƏB
ŞƏHVAR
OBASTAN VİKİ
Şəhla
Şəhla (ərəb. شهلاء‎) — qadınlara verilmiş bir ərəbcə addır.
Şəhla (ad)
Şəhla (ərəb. شهلاء‎) — qadınlara verilmiş bir ərəbcə addır.
Şəhla Ağapur
Şəhla Ağapur və ya Şəhla Ağapur-Benakohell (1976, Tehran) — Almaniyada yaşayan azərbaycanlı rəssam, yazıçı və qalereya direktoru. O, həmçinin yazıçılıq və şairlikdən əlavə heykəltaraşlıqla da məşğuldur. Şəhla Ağapur Tehran şəhərində azərbaycanlı ailədə anadan olmuşdur. O, erkən yaşlarından incəsənət və ədəbiyyatla maraqlanmağa başlamışdır. O, həmçinin jurnalistika ilə də məşğul olmuşdur. İran İslam inqilabından sonra Ayandegan qəzetində çalışmışdır. Dissident jurnalist fəaliyyətinə görə İrandan Almaniyaya miqrasiya etməyə əcbur olmuşdur. Berlinə köçdükdən sonra sərbəst iş formasında çalışmış və Almaniyada və başqa ölkələrdə öz əsərləri nümayiş etdirilən sərgilər təşkil etmişdir. and other countries. 2003-cü ildə Berlin İncəsənət Universitetində İncəsənət ixtisası üzrə magistr təhsilini başa vurmuşdur.
Şəhla Bürcəliyeva
Əmirli Şəhla Yapon qızı — Kinoşünas, Radio-Televiziya redaktoru. Şəhla Əmirli 24 iyun 1974-cü ildə Yevlax şəhərində anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" fakültəsinə qəbul olunub və 1997-ci ildə həmin fakültəni bitirib. 1994–1995-ci illərdə bir müddət "Kino" qəzetinin xüsusi müxbiri kimi fəaliyyət göstərib. Daha sonra 1997–2000-ci illərdə Gəncə şəhərində fəaliyyət göstərən "Kəpəz TV" müstəqil tele-radio verilişləri şirkətində xüsusi müxbir kimi fəaliyyət göstərərək Azərbaycan kinosunun tarixi və inkişafı, eləcə də Qərb və Şərq kino tarixinin öyrənilməsi və tədqiqi ilə bağlı "Kinoman" verilişinin ən maraqlı detalları ilə geniş tamaşaçı auditoriyasına çatdırılmasında böyük xidmətləri olub. Daha sonra Şəhla Əmirli 2005-ci ildən 2006-cı ilin sonlarınadək "İctimai" tele-radio verilişləri şirkətinin "Kino" departamentinin redaktoru vəzifəsində çalışıb. Bu televiziyada çalışdığı müddət ərzində maraqlı və rəngarəng, bitkin "Film-mediya" verilişinin yaradılması da məhz onun zəhmətinin bəhrəsi olub. 2010-cu ildən Azərbaycan Radiosunda yayımlanan "Kino səltənəti" verlişinin ssenari müəllifi və aparıçısı olub. 2013-cü ildən "İctimai" Tele-Radio verilişləri şirkətinin "Ədəbiyyat və İncəsənət" redaksiyasında "Kinoda yaşanan ömür" verilişinin müəllif və aparıcısıdır. Eyni zamanda Azərbaycan kinematoqrafçıları haqqında film-portretlərin ssenari müəllifidir.
Şəhla Gündüz
Şəhla Gündüz qızı Abbasova-Mövsumova (12 noyabr 1957-ci il) Bakı şəhəri ,şair-publisist. "Mikayıl Müşviq" və "Xan qızı Natavan" mükafatları laureatı. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdcüsü, müəllim. 1957-ci il 12 noyabr tarixində Bakı şəhərində yazıçı-jurnalist, ictimai xadim,Azərbaycan nasiri, dramaturq Şəmsəddin Abbasov -un ilk nəvəsi olaraq dünyaya gəlmişdir. Atası yazıçı-jurnalist, rəssam və məşhur kino aktyoru Gündüz Abbasov , anası Respublikanın Əməkdar Artisti Ofeliya Məmmədzadə -dir. 1973-cü ildə Bakı şəhəri 190 №li tam orta məktəbi, 1978-ci ildə isə o zamankı Azərbaycan Dövlət Universitetinin "Filologiya" fakultəsini əla qiymətlərlə bitirmişdir. Ailəlidir, 2 oğlu, 5 nəvəsi var. Uzun illər müəllim işləmiş Şəhla Gündüz, eyni zamanda, yaradıcılıqla da məşğul olmuş, neçə-neçə şeiri, məqaləsi,hekayəsi müxtəlif qəzet və jurnallarda dərc edilmiş, ekran və efirdən səslənmiş, sözlərinə mahnılar bəstələnmişdir. Şəxsi layihəsi əsasında yaratdığı özünün də mətnmüəllifi, aparıcısı və rejissoru olduğu "VƏTƏN DƏRSİ" adlı, tarixi-bədii-musiqili tədbirlər artıq iyirmi ildir ki, Azərbaycan məktəbliləri,müəllimləri və ziyalıları tərəfindən böyük maraq və alqışla qarşılanır. "QANAD" və "PÖHRƏ" məktəbli teatrları isə Şəhla Gündüzün fəaliyyətində xüsusi yer tutur.
Şəhla Hümbətova
Şəhla Knyaz qızı Hümbətova (XX əsr, Dmanisi, Kvemo-Kartli) — Azərbaycan vəkili. 2013-cü ildən Azərbaycanda vəkil kimi fəaliyyət göstərir. 2019-cu il noyabrın 28-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti Şəhla Hümbətovanın vəkillik fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. 2019-cu il dekabrın 19-da Şəhla Hümbətova Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ifadə verməkdən imtina edib. 2020-ci il martın 4-də ABŞ-nin Dövlət Katibi Mayk Pompeo Dövlət Departamentində Şəhla Hümbətovanı Beynəlxalq Cəsarətli Qadınlar mükafatına layiq görülüb.
Şəhla Nağıyeva
Şəhla Bədir qızı Nağıyeva (1960, Şiştəpə, Şamxor rayonu) — Azərbaycan Dillər Universietinin Xarici Ölkələr Ədəbiyyatı kafedrasının professoru. Şəhla Nağıyeva 1960-cı ildə Şəmkir rayonunun Şiştəpə kəndində anadan olmuşdur. 1978–1982-ci illərdə Azərbaycan Dövlət Pedoqoji İnstitunda təhsul almış və tələbəlik illərində poeziya və tərcümə ilə yaxından maraqlanmışdır. 1997-ci ildə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda namizədlik dissertsiyasını müdafiə etmişdir. 2006–2011-ci illərdə Azərbaycan Dillər Universitetinin Xarici Ölkələr Ədəbiyyatı kafedrasının dosenti olmuşdur. 2011-ci ildən ADU-nun Xarici Ölkələr Ədəbiyyatı kafedrasının professorudur. ABŞ Dövlət Departamentinin ali məktəb müəllimləri üçün təşkil etdiyi Fulbrayt proqramının qalibi kimi 2003–2004-cü tədris ilində Şimali Karolina ştatındakı Şərqi Karolina Universitetində 6 ay və 2010–2011-ci tədris ilində Vircinya ştatındakı Corc Meyson Universitetində 4 ay bədii tərcümə problemləri üzrə tədqiqat aparmışdır. Jurnalist Müsəllim Həsənovla evlidir, 3 övladı var. 2004-cü ildən etibarən Şəhla Nağıyeva "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyinin sədridir. www.
Şəhla Riyahi
Şəhla Riyahi (fars. شهلا ریاحی‎ Şəhla Riyaḥī; 7 fevral 1927, Tehran – 31 dekabr 2019, Tehran) — iranlı aktrisa və ilk iranlı rejissor qadın. 110 dəqiqəlik "Mərcan" (1956) filmin müəllifidir.
Şəhla İbrahimova
Şəhla İbrahim qızı İbrahimova (d. 2 noyabr 1961, Bakı) — professor, Azərbaycan Dövlət Simfonik Orkestrinin baş konsertmeysteri, Bakı Musiqi Akademiyasının "Simli alətlər" kafedrasının müdiri, Azərbaycan Respublikasının xalq artisti (2005). Şəhla İbrahimova 2 noyabr 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1969–1980-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində, 1980–1985-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında, 1995–1997-ci illərdə isə Bakı Musiqi Akademiyasının aspirantura şöbəsində təhsil almışdır. Şəhla İbrahimova 1983-cü ildən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Filarmoniyasının simfonik orkestrində çalışır. 1997-ci ildən isə bu orkestrin baş konsertmeysteridir. 1997-ci ildən Bakı Musiqi Akademiyasının "Kamera ansamblı" və "Simli alətlər" kafedrasında işləyir. Hazırda "Simli alətlər" kafedrasının müdiri və professorudur. Şəhla İbrahimova Bakı Musiqi Akademiyasının Elmi Şurasının üzvüdür. O, "Orkestr repertuarı" adlı proqramın, "Skripka üçün orkestr çətinlikləri" adlı dərs vəsaitinin və bir sıra elmi-metodiki vəsaitlərin müəllifidir.
Şəhla İsmayılova
Şəhla Əliqızı (Şəhla Əli qızı İsmayılova; 26 fevral 1980, Tovuz) — Azərbaycan teatr aktrisası. Şəhla Əliqızı 26 fevral 1980-cı ildə Tovuz rayonunda anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirmişdir.Xalq artisti Cənnət Səlimovanın tələbəsidir. Həmçinin Elmira Məlikova və Vaqif İbrahimoğlundan dərs alıb.O, aktrisa kimi 02.12.2002-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlamışdır.Bir çox dövlət tədbirlərinə aparıcısı və həmçinin 2003-cü ildə İnnaqurasiya mərasimindən sonra Hökumət evinin qabağında təşkil edilmiş konsert proqramının aparıcısı olub. 6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Şəhla Əliqızı
Şəhla Əliqızı (Şəhla Əli qızı İsmayılova; 26 fevral 1980, Tovuz) — Azərbaycan teatr aktrisası. Şəhla Əliqızı 26 fevral 1980-cı ildə Tovuz rayonunda anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirmişdir.Xalq artisti Cənnət Səlimovanın tələbəsidir. Həmçinin Elmira Məlikova və Vaqif İbrahimoğlundan dərs alıb.O, aktrisa kimi 02.12.2002-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlamışdır.Bir çox dövlət tədbirlərinə aparıcısı və həmçinin 2003-cü ildə İnnaqurasiya mərasimindən sonra Hökumət evinin qabağında təşkil edilmiş konsert proqramının aparıcısı olub. 6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Şəhla Əmirli
Əmirli Şəhla Yapon qızı — Kinoşünas, Radio-Televiziya redaktoru. Şəhla Əmirli 24 iyun 1974-cü ildə Yevlax şəhərində anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" fakültəsinə qəbul olunub və 1997-ci ildə həmin fakültəni bitirib. 1994–1995-ci illərdə bir müddət "Kino" qəzetinin xüsusi müxbiri kimi fəaliyyət göstərib. Daha sonra 1997–2000-ci illərdə Gəncə şəhərində fəaliyyət göstərən "Kəpəz TV" müstəqil tele-radio verilişləri şirkətində xüsusi müxbir kimi fəaliyyət göstərərək Azərbaycan kinosunun tarixi və inkişafı, eləcə də Qərb və Şərq kino tarixinin öyrənilməsi və tədqiqi ilə bağlı "Kinoman" verilişinin ən maraqlı detalları ilə geniş tamaşaçı auditoriyasına çatdırılmasında böyük xidmətləri olub. Daha sonra Şəhla Əmirli 2005-ci ildən 2006-cı ilin sonlarınadək "İctimai" tele-radio verilişləri şirkətinin "Kino" departamentinin redaktoru vəzifəsində çalışıb. Bu televiziyada çalışdığı müddət ərzində maraqlı və rəngarəng, bitkin "Film-mediya" verilişinin yaradılması da məhz onun zəhmətinin bəhrəsi olub. 2010-cu ildən Azərbaycan Radiosunda yayımlanan "Kino səltənəti" verlişinin ssenari müəllifi və aparıçısı olub. 2013-cü ildən "İctimai" Tele-Radio verilişləri şirkətinin "Ədəbiyyat və İncəsənət" redaksiyasında "Kinoda yaşanan ömür" verilişinin müəllif və aparıcısıdır. Eyni zamanda Azərbaycan kinematoqrafçıları haqqında film-portretlərin ssenari müəllifidir.
Şəhla Səmədova
Şəhla Səmədova (11 dekabr 1959, Bakı, Azərbaycan) (tam adı: Şəhla Tofiq qızı Səmədova) — azərbaycanlı hüquqşünas, hüquq elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekan müavini (2014 - 2019), Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri (2019 - h/h.). Şəhla Səmədova 1967-1977-ci illərdə Bakı şəhəri 134 saylı orta məktəbdə təhsil almış, ali təhsilini 1978-1984-ci illərdə Azərbaycan Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində tamamlamışdır. Ailəlidir və 2 övladı var. Cinayət hüququ Transmilli cinayət hüququ Müqayisəli cinayət hüququ Müsəlman cinayət hüququ Şəhla Səmədova 2011 - 2014-cü illərdə Hüquq fakültəsinin Qiyabi şöbə üzrə dekan müavini, 2014 - 2019-cu illərdə Hüquq fakültəsinin Elmi işlər üzrə dekan müavini vəzifələrində çalışmışdır. O, 2019-cu ildən etibarən Cinayət hüququ və kriminologiya kafedrasının müdiri vəzifəsində çalışır. Şəhla Səmədova 2001-2004-cü illərdə BDU-nun Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasında müəllimi (fənlər: “Beynəlxalq ümumi hüquq”, “Beynəlxalq cinayət hüququ”, “Müqayisəli hüquqşünaslıq”) kimi fəaliyyət göstərmişdir. O, 2004-cü ildən indiyənək, BDU-nun Hüquq fakültəsinnin Cinayət hüququ və kriminologiya kafedrasında baş müəllim, dosent, professor (fənlər: “Cinayət hüququ. Xüsusi hissə”, “Şəxsiyyət əleyhinə cinayətlər (hüquqi klinika) ”, “Cinayət hüququnda cəzanın nəzəri problemləri”, “Transmilli cinayət hüququnun nəzəri və praktiki problemləri”, “Transmilli cinayət hüququnda cəzanın nəzəri problemləri”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırılması ilə mübarizə”) olaraq fəaliyyət göstərir. Şəhla Səmədova 17.01.2004-cü ildə “Azərbaycan Respublikasının cinayət hüququnda cinayətlərin təsnifatı: problemlər və təkliflər” mövzusunda namizədlik dissertasiyasının müdafiəsini etmişdir. O, 01.04.2015-ci ildə “Cinayətlərin kateqoriyalarının cinayət məsuliyyətinin diferensiasiyasında və sanksiyaların qurulmasında rolu və əhəmiyyəti” adlı doktorluq dissertasiyasının müdafiəsini etmişdir.
Şəhla İsmayıl
Şəhla İsmayıl 1976-cı ildə Bakı şəhərində anadan olub. İxtisasca ingilis dili filologiyası üzrə magistr təhsilli filoloqdur. 2005-ci ildə Birləşmiş Krallığın "İnsan Hüquqları, Demokratiya və Yaxşı İdarəçilik" mövzusunda Con Smit təqaüd proqramının Azərbaycandan olan ilk məzunlarındandır. 2011-ci ildə ABŞ-də yerləşən Avrasiya Fondunun "Avrasiyanın Gənc Liderləri" təqaüd proqramının Azərbaycan üzrə ilk mükafatçısıdır. Şəhla İsmayıl azərbaycan, rus və ingilis dillərində sərbəst danışır və yazır. Ailəlidir. İki övladı var. Şəhla İsmayıl, 1998-ci ildən qadınların cəmiyyətdə rolunun artırılması ilə bağlı fəaliyyət göstərir. O, 20 ildən artıqdır ki, gender bərabərliyi və qadın hüquqları sahəsində fəal şəkildə çalışır. İngiltərə (2005), ABŞ (2011), Belçika (2014) və Fransada (2018) həyata keçirilən təqaüd proqramlarının iştirakçısı olmuş Şəhla İsmayıl, dünyanın 50-dən artıq şəhərində məruzəçi qismində çıxış etmişdir.
Ərəb
Ərəblər — Afrika və Asiya qitələrində kompakt şəkildə yaşayan , dünyanın ən böyük xalqlarından biri. Səudiyyə Ərəbistanında, Suriyada, İordaniyada, İraqda, Yəməndə, Omanda, Misirdə, Sudanda (əhalisinin 1/2-ni təşkil edirlər), Əlcəzairdə, Liviyada, Tunisdə və s. əhalinin əksəriyyətini təşkil edirlər. Dünyada sayları təxminən 354.503 milyon nəfərdir. Hazırda dünyada 21 müstəqil ərəb dövləti var. Ərəblər ana dilləri ərəbcə olan, başlıca Ərəb yarımadası və şimali Afrikada yerləşmiş olan sami xalqdır. Aralıq dənizinin cənubunda Afrikada Böyük Səhra və Sudana, şərqində İraqa və Ərəb yarımadasına qədər uzanan bir coğrafiyada yaşayırlar. Əhalisinin əksəriyyəti ərəblərdən ibarət olan və ərəbcə danışılan ölkələr ərəb ölkələri olaraq adlanırlar. Bu ölkələrdə, ərəbcədən əlavə olaraq Şimali Afrikada bərbərcə, İraqda kürdcə və türkməncə, Cənubi Ərəbistanda isə müxtəlif yerli dillər danışılır. İbrahim peyğəmbərin İsmayıl və İshaq adında iki oğulu olmuşdur.
Hacı Şəhla məscidi
Hacı Şəhla məscidi — Bakının Balaxanı qəsəbəsində yerləşən XIV əsrə aid memarlıq abidəsi. Məscidin kitabəsində onun 1385-1386-cı illərdə Hacı Şəhla bin Şakir bin Mustafa Köşkinin sifarişi ilə Ustad memar Arif bin ustad Musa Cibal tərəfindən inşa edildiyi göstərilib. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Tarixi == Hacı Şəhla məscidi 1385-1386-cı illərdə Şirvanşahlar dövründə Balaxanı qəsəbəsinin qəbiristanlığında hündür bir təpənin üzərində tikilib. Məscid giriş portalı və daxili otaqdan ibarətdir. Giriş qapısının üstündə iki sətirlik kitabədə bunlar yazılıb: "Bu imarət Hacı Şəhla bin Şakir bin Mustafa Köşkinindir. Yeddi yüz səksən yeddinci il (787-1385/86)”. Bu kitabədən bir az solda, qapı çərçivəsindən bir az aralı yerləşən kitabədə məscidi tikən ustanın adı yazılıb. İki sətirlik bu kitabədə “Ustad Arif bin ustad Musa Cibalın işidir” yazılıb. Qeyd edək ki, üzərində olan kitabələrdə məscid imarət adlandırılıb.
Həbib Əbu Şəhla
Həbib Əbu Şəhla (ərəb. حبيب أبو شهلا‎; 1902, Beyrut – 22 mart 1957, Beyrut) — Livanlı siyasətçi, 1943-cü ildə ədliyyə naziri və 1946–1947-ci illərdə Livan Milli Məclisinin sədri.
Çöl-Ərəb
Çöl Ərəb — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Muradxan inzibati ərazi dairəsinə daxildir. Çöl Ərəb oyk. Kürdəmir r-nunun Muradxan i.ə.v.-də kənd. Şirvan düzündədir. Oykonim çöl (düzənlik) və Ərəb (etnotoponim komponentlərindən düzəlib, "düzənlikdə yerləşən Ərəb kəndi" mənasındadır. Toponimin tərkibindəki birinci komponent yaşayış məntəqəsini keçmişdə bu ərazidə mövcud olmuş çoxsaylı ərəb komponentli (Ərəb Qaradağ, Ərəb Çəltikçi, Ərəb Sarvan, Ərəb Mehdibəy və b.) kəndlərdən fərqləndirməyə xidmət edir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 526 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Çöl Ərəb
Çöl Ərəb — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Muradxan inzibati ərazi dairəsinə daxildir. Çöl Ərəb oyk. Kürdəmir r-nunun Muradxan i.ə.v.-də kənd. Şirvan düzündədir. Oykonim çöl (düzənlik) və Ərəb (etnotoponim komponentlərindən düzəlib, "düzənlikdə yerləşən Ərəb kəndi" mənasındadır. Toponimin tərkibindəki birinci komponent yaşayış məntəqəsini keçmişdə bu ərazidə mövcud olmuş çoxsaylı ərəb komponentli (Ərəb Qaradağ, Ərəb Çəltikçi, Ərəb Sarvan, Ərəb Mehdibəy və b.) kəndlərdən fərqləndirməyə xidmət edir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 526 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Ərəb Şamilov
Ərəb Şamoyeviç Şamilov (rus. Араб Шамоевич Шамилов, kürd. Ә'рәб Шамилов), ədəbi təxəllüsü ilə Ərəbe Şamo (kürd. Erebê Şemo; 1897[…], Susuz ilçəsi, Qars vilayəti, Rusiya imperiyası – 1978[…], İrəvan) — kürd əsilli SSRİ yazıçısı. Ərəb Şamoyeviç Şamilov 1897-ci ildə Rusiya imperiyasında, Qars vilayətinin Susuz kəndində anadan olmuşdur (indiki Türkiyə). O, Rusiyada vətəndaş müharibəsində iştirak etmişdir. Şamilov 1920-1921-ci illərdə Quba şəhərində "ÇK" məxfi əməliyyatlar şöbəsinə rəhbərlik etmişdir. O, 1920-ci illərdə "Zarya Vostoka", "Riya Təzə" və "Sovet Kürdüstanı" qəzetlərində jurnalist işləmişdir. Şamilov 1920-ci illərin sonlarında İshaq Maroqulovla birlikdə kürd dili üçün latın qrafikalı əlifbanı işləyib hazırlamışdır. O, 1937-ci ilin yanvarında Stalin repressiyaları zamanı həbs edilmişdir.
Ərəb çaqqalqanqalı
Ərəb ədəbiyyatı
Ərəb ədəbiyyatı (ərəb. الأدب العربي) — ana dili ərəb dili olan tayfa və xalqların ədəbi əsərlərini əhatə edir. Ərəb dili qədim zamanlardan bəri Ərəbistan yarımadasında istifadə olunan bir dildir. İslam dini ortaya çıxdıqdan sonra İspaniyadan İndoneziyaya qədər uzanan bir ərazidə 600 il ərzində yayılaraq mədəniyyət dili oldu. Türkiyədə ərəb ədəbiyyatı üzrə akademik araşdırmalar, adətən ədəbiyyat fakültələrinin ərəb dili və ədəbiyyatı bölmələrində aparılır. Klassik ərəb ədəbiyyatı İslamdan əvvəlki dövrdən Abbasilər dövrünün sonuna qədər olan prosesə verilən addır. Klassik ərəb poeziyasında həcv, mədhiyyə, fəxriyyə və s. kimi mövzular ön plana çıxır. Qəsidə və recez klassik ərəb ədəbiyyatının ən çox istifadə olunan formalarıdır. Cahiliyyət dövrü adı verilən İslamdan əvvəlki dövrdə ərəb ədəbiyyatında şeirin özünəməxsus yeri var idi.
Ərəb faşizmi
Ərəb faşizmi (ərəb. الفاشية العربية‎) — faşizmi ərəb millətçiliyi ilə birləşdirən ifrat sağçı ideologiya. == Tarixi == İdeologiya Birinci Dünya müharibəsindən qısa müddət sonra ortaya çıxmış və müharibələrarası dövrdə böyümüşdür. Ərəb faşizminin yüksəlişi ərəblərin Osmanlılardan müstəqilliyi ilə eyni vaxtda olduğuna görə ərəb faşistləri çox türkofob idi. Ərəb faşizmi Nasist Almaniyası və Faşist İtaliyanın dəstəyi ilə böyümüşdür. Ərəb faşistləri İsrailin qurulmasından sonra getdikcə daha çox antisemit olmağa başlamışdılar. Ərəb faşizmi ilk dəfə Suriya, Livan, İraq, Fələstin və Misirdə böyümüşdür. Bəzi ərəb faşistləri islamçılığı öz millətçiliyinə daxil etmiş, bəziləri isə sekulyar idi. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Jankowski, James P. Egypt's Young Rebels: "Young Egypt": 1933-1952. Hoover Institution Press.
Ərəb fəthləri
Ərəb fəthləri və ya müsəlman fəthləri İslamın banisi Məhəmməd peyğəmbərin sağlığında başlamışdır. O, Ərəbistan yarımadasında İslam dövlətinin əsasını qoydu və Ərəbistandan kənarda bir çox ölkəni fəth etdi. Ərəblər Asiya, Afrika və Avropada çox geniş ərazilər fəth etdilər: Yaxın Şərq ölkələri, Orta Asiya, Hindistanın şimal-qərbi, Şimali Afrika, Qafqazın bir hissəsi, İspaniya, Cənubi İtaliya, Siciliya, Malta, Rodos, Krit. Ərəb fatehlərinin hücumu nəticəsində İranda nəhəng Sasani dövləti süqut etdi. Qəssanilər dövləti, Vestqotlar Krallığı, Qafqaz Albaniyası, Xarəzm, Soqdiana və Sind ərəb zərbələrinə məruz qaldı. Bizans özünün bir çox ərazilərini, o cümlədən Misir, Suriya, Mesopotamiya, Krit, Malta, Siciliya, Rodos, Kolxida və müqəddəs torpaqları itirdi. Franklara qarşı müharibələr zamanı ərəblər Puatyeyə, xəzərlərlə müharibədə “Slavyan çayına” (Don, Volqa və ya Dnepr) çatdılar və şərqə yürüşlərində Racastan və Talasa qədər nüfuz etdilər. == İlk fəthlər == Yaxın Şərqin fəthi ilə başladı. Bizans Levantı, Sasani dövləti isə Mesopotamiyanı itirdi. Bizansla qarşıdurma əsrlərlə davam edən ərəb-Bizans müharibələri ilə nəticələndi.
Ərəb qrafikası
Ərəb əlifbası — Suriya, İordaniya, İraq, Ərəbistan yarımadası ölkələri, Misir, Sudan, Somali, Eritreya, İran, Əfqanıstan, Pakistan, Mərakeş, Əlcəzair, Mavritaniya, Tunis, Liviya və s. ölkələrin əlifbası.